reklam
Regionxeberlericom.az » Hadisə » Qız üstündə qətl törədən şəxs: - Eynullaya bir yumruq vurdum öldü

reklam

Qız üstündə qətl törədən şəxs: - Eynullaya bir yumruq vurdum öldü


Bakı Ağır Cinayətlər Məhkəməsində qız üstündə qətl törətməkdə təqsirləndirilən Yəhya Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Y. Quliyev ifadə verib.

O, özünü ittihamlarda qismən təqsirli bilib.

"Mənim onu öldürmək məqsədim yox idi. Həmin gün gecə yaşadığım binanın həyətində səs-küy eşitdim. Düşdüm ki, maşının yanında iki nəfər dayanıb. Onlara yaxınlaşıb kim olduqlarını soruşdum. Bildirdilər ki, maşın xarab olub. Kömək təklif etdim. Eynulla mənə sərt cavab verdi. Bildirdi ki, "Nə kömək edə bilərsən sən bizə, matorist-zadsan?". Mübahisə yarandı, mənim üstümə gəldi, mən də bir yumruq vurdum. Yumruq başından dəydi və yıxıldı. Mən onu nə taxta ilə, nə də kəsici alətlə vurmamışam", - təqsirləndirilən şəxs deyib.

Prosesdə şahid qismində ifadə verən zərərçəkmişin xalası oğlu Zamiq Həşimli də bildirib ki, təqsirləndirilən şəxs Eynulla İbadovu yumruqla vurub.

Zərərçəkmişin hüquqi varisi və anası Nəzakət İbadova isə oğlunun deşici alətlə qətlə yetirildiyini bildirib: "Oğlum yumruqla öldürülməyib. Onun başından kəsici alətlə vurublar. Bu işi Yəhya tək törətməyib. Ona bu işdə başqaları da kömək edib. Oğlumun başında xəsarət var. Xahiş edirəm həmin şəxslər də müəyyənləşdirilsin. Həm də mənim oğlun vurulandan sonra köməksiz vəziyyətdə qalıb, ona tibbi yardım göstərilməsinə imkan verilməyib".

Proses iyulun 27-də davam etdiriləcək.

İttihama görə, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu döyməsi və nəticədə Eynulla İbadovun xəstəxanaya aparılarkən yolda ölməsi mübahisə zəminində baş verib.

Hadisə paytxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Biləcəri qəsəbəsində yaşayan və Vətən Müharibəsi qazisi olan Yəhya Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçədə Y. Quliyev, E. İbadov və Z. Həşimli arasında mübahisə yaranıb. Mübahisə zamanı Y. Quliyev hər iki şəxsi yumruqla vurub. Nəticədə 30 yaşlı Eynulla aldığı xəsarətdən vəfat edib. Z.Həşimlinin isə həyatına təhlükə yaranmayıb.

Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən Müharibəsində yaralanaraq qazi olub. O, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş açılıb. //trend//





Paylaş:


Müəllif : Tarix:
6-07-2022, 16:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər