Qadın satıcının qətlinin detalları - Toy yarımçıq saxlanılıb
Ötən gecə Yardımlı rayonunda törədilmiş dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. Regionxeberlericom.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ostayir kəndində 60 yaşlı Gülxar Məmmədovanı xüsusi amansızlıqla qətlə yetirən 1985-ci il təvəllüdlü Firqət Məsdiyev kənddə spirtli içki aludəçisi və narkotik istifadəçisi kimi tanınıb.
Bildirilir ki, ötən gün kənddə toy məclisi olub və G.Məmmədova mağazasından bəzi məhsulları götürərək toy keçirilən evin qarşısında səyyar piştaxta qurub. Gecə saatlarında Firqət Gülxara yaxınlaşaraq ondan nisyə siqaret istəyib. 60 yaşlı qadın isə Firqətə daha əvvəl aldığı malların pulunu vermədiyini deyərək siqaret verməkdən imtina edib. Sərxoş halda olan 37 yaşlı şəxs bir qədər uzaqlaşaraq balta götürüb və qaranlıqda G.Məmmədovaya yaxınlaşaraq onun başına zərbələr endirib. Daha sonra o, qətlə yetirdiyi qadının meyitini sürüyərək yaxınlıqdakı dükana salıb və qapını bağlayıb. Firqət Məsdiyev daha sonra dükana gedən elektrik naqilini də qoparıb.
Gülxar Məmmədovanınn meyitini ilk olaraq toyda iştirak edən yeniyetmə oğlan görüb. Belə ki, toydan çıxıb şirniyyat və şirə almaq istəyən uşaq piştaxtaya yaxınlaşdıqda Gülxar Məmmədovanı yerində tapmayıb. O, daha sonra yaxınlıqdakı dükana gedib və pəncərədən baxdıqda qadının qan içində qalmış meyitini görərək təşviş yaşayıb. Yeniyetmə oğlan qaça-qaça toyun keçirildiyi həyətə gəlib və meyit haqda hay salıb. Bundan sonra məclisdəki insanlar dükana tərəf axışıb və toy yarımçıq saxlanılıb.
Qeyd edək ki, hadisəni törədən Firqət Təvəkkül oğlu Məsdiyev subay olub və kənddə qeyri-sağlam həyat tərzi sürən şəxs kimi yanınıb. O, artıq saxlanılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-07-2022, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər