reklam
Regionxeberlericom.az » Hadisə » “AtaHolding” - MƏHKƏMƏYƏ VERİLDİ

reklam

“AtaHolding” - MƏHKƏMƏYƏ VERİLDİ


“AtaHolding” MMC məhkəməyə verilib.

Regionxeberlericom.az Banker.az-a istinadən xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, “AtaHolding” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib olunub.

İş hakim Babək Pənahovun icraatına verilib.

Xatırladaq ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Onu da qeyd edək ki, “AtaHolding” 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. Holdinqin nizamnamə kapitalı 40 071 816 manatdır və qanuni təmsilçisi Əşrəf Kamilovdur.




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 15:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər