reklam
Regionxeberlericom.az » Hadisə » Baş həkimin tutdurduğu baş redaktor HƏBSDƏ SAXLANILDI - TƏFƏRRÜAT

reklam

Baş həkimin tutdurduğu baş redaktor HƏBSDƏ SAXLANILDI - TƏFƏRRÜAT


Həkimi şantaj edən “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun barəsində olan məhkəmə hökmündən verilən apellaysiya şikayətinə baxılıb.

Regionxeberlericom.az teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, Namik Əmrahovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namik Əmrahov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub.

Müəyyən edilib ki, Namik Əmrahov Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim edib, onun barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.

2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edib, tələb etdiyi məbləğin bir qismini alıb.

İstintaq orqanı tərəfindən Namik Əmrahovun barəsində Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.




Paylaş:


Müəllif : Tarix:
8-07-2022, 10:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər