Səbinə Qasımovanın evindən 18 minlik oğurluq
Mərkəzi Klinik Gəncə Xəstəxanasının Reanimatoloq-Nefroloq, Reanimasiya, İntensiv Terapiya və Ekstrokorporal şöbəsinin müdiri, tanınmış həkim Səbinə Qasımovanın evindən oğurluq edən şəxslərə hökm oxunub.
Cinayət işinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, 2017-ci ildə Gəncəyə köçən və orada kirayə yaşayan Səbinə Qasımovanın evindən ümumi dəyəri 18 150 manat olan qızıl-zinət əşyası, o cümlədən qiymətli əşyalar oğurlanıb.
Təqsirləndirilən şəxs qismində hakim qarşısına əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini İsmayıl Bağırov və Bakı sakini Zaur Cəfərov çıxarılıb. Onlar keçmişdə məhkum yoldaşı olublar.
Fotoda İsmayıl Bağırov (solda) və Zaur Cəfərov (sağda)
2021-ci ilin mayında qeydə alınan oğurluq hadisəsinə gəlincə, Zaur Cəfərov İsmayılla telefon danışığı zamanı anasının xəstə olduğunu deyərək, təcili xeyli miqdarda pula ehtiyacı olduğunu bildirib. Bunun üçün o, imkanlı şəxsin evindən oğurluq etməyə ehtiyac yarandığını söyləyib. İsmayıl Bağırov isə Zaura “kömək əlini” uzadaraq imkanlı şəxsi - Səbinə Qasımovanı işarə verib.
Zaur isə öz növbəsində İsmayıla həkim barədə məlumatları, yəni, işə nə vaxt getdiyini, nə vaxt gəldiyini, kimlərlə birlikdə yaşadığını öyrənməsini bildirib, bundan sonra oğurluq planı üzrə hərəkət ediblər. Nəticədə evdən xeyrli miqdarda müxtəlif qızıl-zinət əşyaları və bahalı qol saatları oğurlanıb.
Cinayət hadisəsinin üstü isə oğurluqdan 10-12 sonra açılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zaur Cəfərov 4 il, oğurluq zamanı binanın qarşısında gözləyən, ətrafa nəzarət edən İsmayıl Bağırov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Səbinə Qasımova ötən ilin yanvarında “Toyota RAV 4” markalı şəxsi avtomobili ilə Gəncə-Bakı istiqamətində hərəkət edərkən, Ələt karantin postunda DYP əməkdaşının qanuni tələbinə tabesizlik göstərməsi ilə gündəmə gəlmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-07-2022, 07:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər