reklam
Regionxeberlericom.az » Hadisə » Evində ucadan danışan şəxs həbs edildi

reklam

Evində ucadan danışan şəxs həbs edildi


43 yaşlı Mingəçevir sakini Fuad Əliyevin (şərti) öz mənzilində ucadan danışması ona baha başa gəlib. 

Bir neçə gün öncə o, Mingəçevir şəhərində yaşadığı ünvanda ucadan səs-küy salaraq danışıb. İttihama görə, həmin ərazidə xidmətdə olan polis əməkdaşları ona ictimai qaydanı pozduğunu deyərək xəbərdarlıq ediblər. F.Əliyev isə polisin tələblərinə əhəmiyyət verməyib. Bundan sonra o, polis tərəfindən saxlanılaraq barəsində inzibati protokol tərtib olunub.

F.Əliyev izahatında əsəbi olduğu üçün ucadan danışdığını bildirib.

Onun barəsində tərtib olunan protokola Mingəçevir Şəhər Məhkəməsində baxılıb. Hakimin qənaətinə görə, vətəndaş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində (polisin qanuni tələbinə qəsdən tabe olmama) nəzərdə tutulan xətanı törədib. Məhkəmə Fuad Əliyevə 8 gün müddətinə inzibati həbs cəzası verib.




Paylaş:


Müəllif : Tarix:
12-07-2022, 16:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər