DSX-nin keçmiş hərbçiləri sərhədi pozarkən saxlanıldı
Cəbrayılda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilən 4 bağlama aşkar olunub.
Bildirilib ki, dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət marşrutları nəzarətə götürülüb, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olunub. Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.
Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib. Fakt üzrə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşlikatçısı olan Azərbaycan Respublikasının vətəndaşı Bərdə rayon sakini 1998-ci il təvəllüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.
Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram “marixuana”, 7 kq 600 qram “heroin”, 400 qram “metamfetamin”)və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb)bənzər maddələrin olması müəyyənləşdirilib.
Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-07-2022, 13:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər