Magistral yolda “Ford”la TIR toqquşdu - Sürücülər öldü+Yenilənib+Video

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə magistralın 116-cı kilometrliyində baş verib.
İlkin məlumata əsasən, "Ford Tranzit" markalı avtomobillə TIR markalı yük avtomobili toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
***
FHN-dən bildirilib ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu, Yenikənd kəndi ərazisində “Ford” və "Volvo" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1993-cü il təvəllüdlü Əliyev Etibar İntiqam oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-07-2022, 15:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB