Faciəvi şəkildə ölən şəhid oğlunun meyiti tapıldı
Lökbatanda dəniz sahilində balıq tutarkən suda batan şəhid oğlunun meyiti tapılıb.
İyulun 28-də Lökbatan ərazisində dəniz sahilində tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri - 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda aşkar edilib. Meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.
Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Onunla birgə dənizdə batan Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.
Onların ikisi də Qaradağ rayon Lökbatan qəsəbə sakini olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-07-2022, 10:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər