Zümrüd Yağmur saxlanılıb
Bu gün yazıçı Zümrüd Yağmur Prezident Administrasiyasının qarşısında “Təcavüzkarı qoruma” şüarı ilə təkadamlıq etiraz aksiyası keçirib.
Bu barədə “Portağal Media” məlumat yayıb.
Bildirilib ki, Z. Yağmurun hara aparıldığı bəlli deyil.
Qeyd edilib ki, aksiya zamanı Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ona və jurnalistlərə hücum ediblər.
Reportyor Nərgiz Absalamova, Aytac Tapdıq və Fatimə Mövlamlı saxlanılıb.
A. Tapdıq isə saxlanılmadıqlarını bildirib:
“Saxlanılmamışıq. Hücum oldu, canlı yayıma imkan vermədilər, amma telefon özümüzdədir”.
Hüquq müdafiəçisi Rüfət Səfərovun sözlərinə görə, Z. Yağmur polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıb.
Qeyd edək ki, hazırda yazıçı sərbəst buraxılıb. O, 16:34-də sosial şəbəkə hesabında canlı yayım açaraq hadisənin təfərrüatlarından bəhs edib.
Qeyd edək ki, Zümrüd Yağmurun qızı Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını bildirib. O əlavə edib ki, işi aparan Yasamal rayon prokuroru Elman Süleymanov qanunsuz olaraq cinayət işinə xitam verib.
Ə.Ağayev barəsində Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə prosesində prokurorun Ə. Ağayev üçün istədiyi cəza bəlli olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-08-2022, 17:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər