Polislərə zor tətbiq edən iki dost HƏBS OLUNDU
Polis əməkdaşlarına zor tətbiq edən şəxslər həbs olunub.
Xızı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə avqustun 10-u axşam saat 11-də Xızı-Giləzi avtomobil yolunda baş verib.
Belə ki, “VAZ 21093” markalı avtomobilin sürücüsü Amid Qafarovun avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə ərazidə xidmətdə olan Xızı DYP bölməsinin yol patrul xidməti əməkdaşları Aslan Rəhimov və Məmməd Kərimov tərəfindən saxlanıldığı zaman dostu Famil Zeynalov ilə birlikdə heç bir əsaslı səbəb olmadan polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Qeyd edək ki, Amid Qafarov və Famil Zeynalov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq davam edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-08-2022, 14:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər