reklam
Regionxeberlericom.az » Hadisə » Qohumların boğularaq öldüyü yer karxana ərazisi imiş - Təfərrüat

reklam

Qohumların boğularaq öldüyü yer karxana ərazisi imiş - Təfərrüat
















Avqustun 19-u saat 19 radələrində Saatlı rayonunda Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu, 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri hadisəsinin təfərrüatları üzə çıxıb.

Əmi və qardaşı oğlunun Araz çayının Musalı kəndindən keçən hissəsində düşərək boğulduqları yer qum karxanasının yeri olub. Bu səbəbdən də Arazın bu hissəsində suyun dərinliyi 10-15 metrə çatır.

Vəfat edən Astanovların yaxınları bildiriblər ki, hadisə baş verən gün Saatlı şəhərində yaşayan 43 yaşlı Sübhan doğulub böyüdüyü Qıraqlı kəndinə qonaq gedib. O, günortadan sonra qardaşı oğlu Əkrəmlə birgə Araz çayının yaxınlığındakı Musalı kəndindən keçən hissəyə balıq tutmağa gedib. Onları Əkrəmin 2 azyaşlı oğlu da müşayiət edib. Çayın kənarında balıq ovlayarkən azyaşlılar nəzarətsizlikdən çaya yıxılıblar. Bu zaman çayın dərinləşdirilmiş hissəsində uşaqların boğulduğunu görən atası Əkrəm və onun əmisi Sübhan özlərini çaya atıblar. Lakin onlar üzə bilmədiklərindən boğulmağa başlayıblar. Çayın əks tərəfində balıq ovlayan şəxs dərhal özünü çatdıraraq uşaqları sağ-salamat sudan çıxarıb. Əkrəm və Sübhan isə suyun dərinliyində batıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
22-08-2022, 15:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər