reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda “Prius” üç piyadanı vurdu, Türkiyə vətəndaşı öldü

reklam

Bakıda “Prius” üç piyadanı vurdu, Türkiyə vətəndaşı öldü
















Bakının Səbail rayonunda ağır yol qəzası baş verib və bir nəfər ölüb.

RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şosesinin Su İdmanı Sarayının qarşısına düşən hissəsində qeydə alınıb.

Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən biri kişi, ikisi qadın olmaqla üç nəfəri “Toyota Prius” markalı avtomobil vurub. Zərbənin təsirindən kişi hadisə yerində ölüb. Onun Türkiyə vətəndaşı olduğu bildirilir. Yaralılardan biri isə 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızıdır. Digərinin kimliyi hələlik naməlum olaraq qalır. Verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən qadınların hər ikisi aqonal vəziyyətdədir.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. “Toyota” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olurmuş. Sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda avtotexniki ekspertiza təyin edilib. Avtoqəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.




Paylaş:


Müəllif : Tarix:
27-08-2022, 09:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər