reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda qonşular pedofili necə tutub?

reklam

Bakıda qonşular pedofili necə tutub?
















Bakıda 8 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 1989-cu il təvəllüdlü Qulam Məmmədovun (ad-soyad şərtidir) məhkəməsi başa çatıb.

Bakı Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sözügedən hadisə 2021-ci ilin iyulun 31-də baş verib. Qulam Məmmədov 2013-cü il təvəllüdlü qızın binanın blokuna tək daxil olduğunu görüb və bundan istifadə edərək, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. 

Pedofil bu zaman blokda olan müşahidə kamerasına düşüb. Bundan sonra 102 xidmətinə məlumat verilib. Əlavə olaraq, qonşular aralarında hər gün bir nəfərin eyvandan küçəyə nəzarət edərək həmin adamı yenidən görsə, polisə xəbər verməsi barədə razılaşblar. Pedofil hadisədən bir gün sonra yenidən sözügedən binanın həyətinə gəlib. Bu zaman qonşulardan biri onu tutaraq, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə müvəkkilinə təhvil verib. 




Paylaş:


Müəllif : Tarix:
10-09-2022, 08:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər