reklam
Regionxeberlericom.az » Hadisə » Mingəçevirdə nazirliyin qayığını yandıran şəxsə cinayət işi açıldı

reklam

Mingəçevirdə nazirliyin qayığını yandıran şəxsə cinayət işi açıldı














Mingəçevirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus xidməti qayığın yandırılması ilə bağlı cinayət işi başlanılıb, hadisəni törədən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, bu gün səhər saatlarında Mingəçevir Şəhər Polis Şöbəsinə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan xidməti qayığın Kür çayında qanunsuz balıq ovlayan brakonyer tərəfindən yandırılması və nəticədə nazirliyin regional idarəsinin iki əməkdaşının müxtəlif dərəcəli yanıq xəsarətləri alması ilə bağlı məlumat daxil olub. 

Əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə cəlb olunub, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törədən şəxsin əvvəllər də məhkum olunmuş Şaban Məmmədov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.







Paylaş:


Müəllif : Tarix:
20-09-2022, 20:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər