Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açılıb.
Bu barədə Lent.az məlumat yayıb. Bildirilib ki, Lənkəran rayonu, Göyşaban bələdiyyəsinin sədri Abdulla Fətdayev vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsilə ittiham elan olunub.
Cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, həmin maddəyə görə, şəxs iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-09-2022, 16:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB