reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda 33 yaşlı şəxs əmisini qətlə yetirdi

reklam

Bakıda 33 yaşlı şəxs əmisini qətlə yetirdi
















Gecə saatlarında Bakıda qətl törədilib.

Sentyabrın 29-u saat 03 radələrində Xəzər rayonu, Buzovna qəsəbə sakini 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı oğlu 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam edir.




Paylaş:


Müəllif : Tarix:
29-09-2022, 11:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər