reklam
Regionxeberlericom.az » Hadisə » Xəzər dənizində ailə faciəsi – Bacı-qardaş həlak oldu

reklam

Xəzər dənizində ailə faciəsi – Bacı-qardaş həlak oldu


Xəzər dənizinin Bakının Pirşağı ərazisində bacı-qardaş batıb.
Şəkinin Kiçik Dəhnə kəndindən olan və müvəqqəti olaraq Bakıda yaşayan Xəzər Rüstəmovun ailəsi dənizdə faciə yaşayıb.

Ailənin bu il 10-ci sinfi bitirmiş qızı Gülər və 5-ci sinfi bitirmiş oğlu Dəniz axşam saat 19 radələrində Pirşağı çimərliyində çimərkən boğulublar.

Onların dənizdə burulğana düşdükləri deyilir. Uşaqlar boğularkən bacı - ailənin digər qızı xilas edilib, ailə ikinci qızın ad gününə yığışıbmış.

Boğulan bacı-qardaş Şəkinin Kiçik Səhnə kəndindəki 2 saylı orta məktəbin şagirdləri olublar. Gülər qarşıdakı yeni dərs ilində 11-ci, qardaşı Dəniz isə 6-cı sinifdə oxuyacaqdı.

Mərhumlar bu gün Kiçik Səhnə kəndindəki qəbiristanlıqda dəfn edilib.


Paylaş:


Müəllif : Tarix:
25-07-2019, 23:16
Sikayət   


loading...
Загрузка...