reklam
Regionxeberlericom.az » Hadisə » Yeni doğulan körpə həkim səhlənkarlığı nəticəsində xəsarət alıb?

reklam

Yeni doğulan körpə həkim səhlənkarlığı nəticəsində xəsarət alıb?
















Tovuzda həkim səhlənkarlığı nəticəsində xəsarət aldığı deyilən azyaşlı ilə bağlı məsələyə rəsmi münasibət bildirib. 

Qurumdan daxil olan məlumatda qeyd olunub ki, 1992-ci il təvəllüdlü ana sentyabrın 4-də Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 38-39 həftəlik hamilə olan pasiyent həmin gün qeysəriyyə əməliyyatı ilə çəkisi 3 500 qram, boyu 52 sm olan körpə dünyaya gətirib. Körpə doğularkən fizioloji sarılığı olub: “Sentyabrın 7-də körpənin zəif qidalanması müşahidə edilib. Bu səbəbdən ona damardaxili infuzion müalicə aparılıb. Bundan sonra körpənin qidalanması bərpa olub, vəziyyəti qənaətbəxş olduğu üçün 10.09.2022-ci il tarixində evə buraxılıb. Ailəsi tərəfindən körpənin səhhətində narahatlıq müşahidə edildiyi üçün bir neçə digər tibb müəssisəsinə müraciət edilib. Sözügedən müəssisələrdə də körpəyə tibbi xidmət göstərilib.

Daha sonra 16.09.2022-ci il tarixində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Cərrahiyyə şöbəsinə yerləşdirilən körpəyə sağ bazu sümük iltihabı (osteomielit) diaqnozu qoyulub. 17.09.2022-ci il tarixində körpə tibb müəssisəsinin Yenidoğulmuşların patologiyası şöbəsinə köçürülüb. Lazımi müayinə və müalicələrdən sonra oktyabrın 5-də ambulator müalicə üçün evə buraxılıb. Körpənin yenidən müayinəyə gətirilməsi barədə ailəsinə məlumat verilib”. 

Qurumdan həmçinin bildirilib ki, məsələ TƏBİB rəhbərliyinin nəzarətindədir. Körpənin ailə üzvləri ilə əlaqə saxlanılıb və onlar quruma dəvət edilib: “Müvafiq araşdırmalar aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”. 

Qeyd edək ki, Tovuz rayonunun Əyyublu kənd sakini Elvin Yusifli övladının həkim səhlənkarlığı səbəbindən xəsarət aldığını iddia edir. Onun sözlərinə görə, övladı Tovuz Mərkəzi Rayon Xəstəxanasında baxımsızlıqdan sarılıq keçirib və sağ qolu iynə vuran zaman zədələndiyinə görə işləmir. Valideynin sözlərinə görə, uşağın xəstəxanada halı pisləşən zaman həkim orada olmayıb. Ailənin müraciətindən sonra özü gəlməyib, gəlinini göndərib. O isə nə qədər cəhd etsə də, iynə vurmaq üçün körpənin damnarını tuta bilməyib.


 




Paylaş:


Müəllif : Tarix:
13-10-2022, 11:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər