reklam
Regionxeberlericom.az » Hadisə » 112 ədəd şokolad yediyinə görə işdən qovuldu

reklam

112 ədəd şokolad yediyinə görə işdən qovuldu

















112 şokolad yediyinə görə işdən qovulan işçinin iddiası ilə bağlı keçirilən məhkəmə yekunlaşıb.

Bu barədə İctimai TV-nin “Qanundan kənar” verilişində bildirib.

Məlumata görə, MMC-lərdən birində geri qayıdan məhsullar üzrə anbar şöbəsində anbardar vəzifəsində çalışan işçi cavabdehliyində olan 112 ədəd məşhur fındıqlı şokolad və konfeti yeyib. Şokoladların sayı düz gəlməyəndə şirkət işçini əmək vəzifələrini kobud şəkildə pozma ilə işdən azad edib.

Bununla razılaşmayan anbardar məhkəməyə üz tutub. Məhkəmə sənədləri araşdıraraq belə qənaətə gəlib ki, yeyilən şokoladlar cavabdeh üçün hər hansı maddi zərərə səbəb ola və ya işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirə bilməz. O da nəzərə alınmalıdır ki, iddiaçının yediyi şokoladların istifadə müddətinin bitməsinə az qalıbmış.

Bu səbəbdən Nərimanov rayon məhkəməsi işçinin iddiasını təmin edib. Anbardarın vəzifəsinə bərpa edilməsi barədə qərar verilib.




Paylaş:


Müəllif : Tarix:
13-10-2022, 14:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər