reklam
Regionxeberlericom.az » Hadisə » Tehranda Evin həbsxanasında üsyan çıxdı, yaralılar var - Video

reklam

Tehranda Evin həbsxanasında üsyan çıxdı, yaralılar var - Video
















İranın paytaxtı Tehranda yerləşən Evin həbsxanasında yanğın olub.

Hadisə yerində silah səsləri eşidilib. 

Yanğının həbsxanada məhbuslar tərəfindən başladılan üsyan nəticəsində yarandığı bildirilir.

İranın Dövlət İnformasiya Agentliyi (IRNA) təhlükəsizlik rəsmisinə istinadla bildirib ki, Tehranın Evin həbsxanasında məhbuslar tərəfindən paltarların saxlandığı anbar yandırılıb.

Hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir. Hadisə nəticəsində ölən olmasa da, 8 nəfərin yaralandığı qeyd olunur.

“Yanğın lokallaşdırılıb, ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün iş gedir”, - agentlik fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərindən sitat gətirir. 

Qeyd edək ki, həbsxanada siyasi işlərə görə məhkum olunmuş şəxslərlə yanaşı, əcnəbilər və ikili vətəndaşlığı olanlar da var.




Paylaş:


Müəllif : Tarix:
16-10-2022, 08:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər