Ağcabədidə narkotacir və oğru tutuldu

Ağcabədidə qanunsuz narkotik kultivasiyasında və oğurluq əməlləri törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşların tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz kultivasiyasında şübhəli bilinən rayon sakini Çingiz Əliyev tutulub. Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş 11 ədəd çətənə bitkisi və çəkisi 7 kiloqram 555 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Bundan başqa keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində fərdi yaşayış evlərinin birindən oğurluq etməkdə şübhəli bilinən Qalib Musayev də saxlanılıb. Onun evdən qızıl-zinət əşyaları, avtomobil ehtiyat hissələri və elektrik naqilləri oğurlayaraq zərərçəkmiş şəxsə 8600 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Hər iki faktla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-10-2022, 14:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB