reklam
Regionxeberlericom.az » Hadisə » Daha bir erməni hərbçi saxlanıldı - Hərbi sirləri 370 dollara satıb

reklam

Daha bir erməni hərbçi saxlanıldı - Hərbi sirləri 370 dollara satıb














Qeyd edilir ki, Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat İdarəsinin əməkdaşları cinayətlərə qarşı mübarizə sahəsində fəaliyyətini davam etdirərək növbəti kompleks əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə, xüsusi xidmət orqanı daha bir dövlətə xəyanət faktının üstünü açıb.

Müəyyən edilib ki, Ermənistan Respublikası vətəndaşı, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqavilə əsasında xidmət aparan hərbi qulluqçusu, sıravi qumbaraatan, xidməti fəaliyyəti ilə əlaqədar dövlət və hərbi sirr təşkil edən məlumatları yayıb. O, 2021-ci ilin noyabr ayında " Odnoklassnik " sosial şəbəkəsi vasitəsilə xarici kəşfiyyatın zabiti, şərti ad altında görünən bir nəfərlə ödənişli əlaqəyə girib. Erməni hərbçi " WhatsApp " tətbiqi vasitəsilə 2021-ci ilin noyabrından 2022-ci ilin may ayına qədər mobil telefon ilə əlaqələr qurub. O, xüsusi xidmət orqanının nümayəndəsinə xidmət apardığı hərbi hissənin yerləşdiyi yer, döyüş mövqeləri, onlarda qulluq keçmə qaydası, balansda olan avtotexnikalarla bağlı dövlət və xidməti sirri təşkil edən hərbi hissə haqqında məlumatlar toplayıb və qarşı tərəfə təhvil verib.

Məlumatda qeyd edilir ki, hərbçi bunun müqabilində xarici xüsusi xidmət orqanlarından üç bank köçürməsi yolu ilə 370 ABŞ dolları alıb və bununla da Ermənistan Respublikasının ərazi bütövlüyü və xarici təhlükəsizliyinə xələl gətirərək dövlətə xəyanət edib.

Xatırladaq ki, 4 gün öncə də Milli Təhlükəsizlik Xidməti oxşar hərbi cinayətin üstünü açmışdı. O zaman müəyyən edilmişdi ki. zabit “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə xarici kəşfiyyat xidmətinin nümayəndəsi ilə görüşərək hərbi sirrləri cəmi 200 dollara satıb.

Qeyd edək ki, Ermənistan ordusu artıq casuslar və xainlər şəbəkəsinə çevrilib. Bu il avqust ayına kimi Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətlə bağlı artıq 5 cinayət işini məhkəməyə təqdim edib.

AzVision.az




Paylaş:


Müəllif : Tarix:
18-10-2022, 10:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər