reklam
Regionxeberlericom.az » Hadisə » Tovuzda 18 yaşlı ana doğuşdan sonra öldü

reklam

Tovuzda 18 yaşlı ana doğuşdan sonra öldü















Tovuzda doğuşdan 19 gün sonra ana ölümü baş verib. 

Sentyabrın 28-də rayonun Alakol kənd sakini, 2004-cü il təvəllüdlü Z.Əliyeva rayon Mərkəzi xəstəxanasına doğuş üçün gətirilib.

Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Xəstəxanadan APA-ya bildirilib ki, doğuşdan sonra ananın vəziyyəti ağırlaşdığına görə, müalicə üçün Bakıya aparılıb. Bir neçə gün sonra vəziyyəti yaxşılaşan qadın yaşadığı evə gətirilib. Lakin ötən gün yenidən halı pisləşən 18 yaşlı ana ağır vəziyyətdə Tovuz Mərkəzi xəstəxanasına çatdırılıb və orada keçinib.

Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
18-10-2022, 15:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər