16 yaşlı qız 62 yaşlı kişidən hamilə qaldı: - "Başıma vurub dedi ki..."
Gəncədə əqli çatışmazlığı olan qız zorlanıb.
Regionxeberlericom.az Lent.az-a istinadla xəbər verir ki, 62 yaşlı Rəşid Nəbiyev qonşuluqda yaşayan əqli qüsurlu, Gəncə şəhəri 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının nevrologiya şöbəsində qeydiyyatda olan 17 yaşlı Aysunu (şərti) zorlayıb.
Nəticədə qız hamilə qalıb. Bundan sonra qızın anası tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Rəşid Nəbiyev tutularaq istintaqa təhvil verilib.
Ona Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə), 149.2.4(zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) və 157.1-ci(mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham élan edilib.
Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun icraatında araşdırılıb.
Məhkəmədə danışan 62 yaşlı Rəşid Nəbiyev ittihamları qəbul etməyib və bildirib ki, Aysunu zorlamayıb:
“1985-ci ildə ailə qurmuşam və həmin nikahdan üç övladım var. Aysunun anası Pərvanə qonşuluqda, ata evində iki qızı ilə birlikdə yaşayır. Qonşu kimi onların evinin elektrik işini təmir etmişəm, odun kəsmişəm və digər işlərdə, həmçinin nə vaxt çağırmışlarsa onlara əlindən gələn köməkliyi eləmişəm. 2022-ci ilin təxminən yanvar ayının 15-də Məktəb küçəsində arxın üzərində dəmir körpü düzəldərkən Pərvanə və qızı məni söyərək Aysunun hamilə olduğunu və onu zorladığımı dedilər. Mən isə etirazımı bildirdim. Aysu ilə nə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamışam, ona qarşı zorakılıq hərəkətləri etməmişəm”.
Rəşid Nəbiyev qeyd edib ki, Aysuya heç bir hədə-qorxu gəlməyib:
“Qızın niyə adımı çəkməsini anlaya bilmirəm. Mənim onlara heç bir pisliyim dəyməyib. Aysunun hamilə qalmasının mənə aidiyyəti olmayıb”.
Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Aysun bildirib ki, anası və bacısı ilə yaşayır:
“2014-ci ildə atam dünyasını dəyişdi. Ondan sonra anam və bacımla anamın ata evində yaşamağa başladıq. Ailəmizdə kişi olmadığından və maddi imkanımızın zəif olduğundan qonşular mütəmadi olaraq bizə kömək edərək ərzaq gətirib verirdi. Rəşid də bizlə qonşu olub və ev işlərində bizə köməklik edib. Anam çağıranda Rəşid gəlib evdə qırılan əşyaları düzəldirdi və həyətimizdəki ağacların budanmasında onlara köməklik edirdi”.
16 yaşlı qız qeyd edib ki, hadisə günü anası və bacısı yaşadıqları evdən birlikdə çıxaraq göz həkiminə gediblər:
“Mən isə evdə qaldım. Anam dedi ki, su maşını gələcək, ordan su götürüm. Təxminən günorta saatlarında su maşını küçəyə gələrək siqnal verməyə başladı. Mən də su satan avtomobilə getdim. 8 ədəd kiçik su qablarını doldurub iki-iki evə daşımağa başladım. Sonuncu iki qabı gətirəndə kiminsə arxamca gəldiyini hiss elədim. Qabları evin həyətinə keçirəndə Rəşid əli ilə əvvəlcə qolumdan tutdu. Daha sonra isə o, saçımı yolub səsimi çıxarmamağımı söylədi və başıma şillə vurdu. O dedi ki, səsimi çıxaracağım halda məni öldürəcək. Qorxuya düşdüm, düşündüm ki, məni öldürər. Rəşid zorla məni evə qaldırdı. Ona yalvardım ki, evdən çıxıb getsin. O isə sözlərimə məhəl qoymayaraq saçımdan tutub pilləkənlə evə qaldırıb qonaq otağına doğru apardı. Evə girən kimi məni divana itələdi. Şalvarımı əynimdən çıxardaraq məni zorladı. Sonra bu barədə kiməsə məlumat verəcəyim təqdirdə öldürməklə hədə-qorxu gəldi”.
Zorlanan qız deyib ki, Rəşidin onların evinə yenidən gəlməsindən, onu öldürməsindən qorxub. Həmçinin utandığından anasına, bacısına və heç kəsə bu barədə məlumat verməyib:
“Sonrakı günlərdə məndə ürək bulantısı və halsızlıq oldu. Həmçinin hər ayın əvvəli aybaşı olduğum halda, həmin ay olmadım. Elə bununla bağlı anam bir neçə dəfə evə təcili tibbi yardım çağırdı. Həkimlər isə mənə müəyyən dərmanlar təyin etdi. Dərmanları alıb gələndə Rəşid yenə qabağımı kəsdi. Dedi ki, aramızda olan şeyi bir nəfər bilsə, məni öldürəcək. Ondan çox qorxurdum. Düşünürdüm ki, gözü dönüb, məni öldürə bilər. Bir müddətdən sonra isə qarnım böyüməyə başladı. Həmin vaxt anam və bacım narahat olduğundan məni Gəncə şəhər A.Səhhət adına xəstəxanaya apardılar. Orada həkim müayinəsindən sonra 22 həftəlik hamilə olduğum bilindi. Həmin vaxt anam və bacım məni xəstəxanada danışdırdıqda, başıma gələnləri onlara danışdım”.
İş üzrə keçirilmiş ekspertizalar nəticəsinə görə, Rəşid Nəbiyevin Aysun ilə cinsi əlaqədə olması müəyyən edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşid Nəbiyev 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-10-2022, 16:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər