reklam
Regionxeberlericom.az » Hadisə » Polisə zəng edib qızıllarının oğurlandığını dedi, yalan çıxdı

reklam

Polisə zəng edib qızıllarının oğurlandığını dedi, yalan çıxdı


Lənkəranda qadın qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə yalan məlumat verib.

Hadisə rayonun Mamusta kəndində baş verib. 59 yaşlı kənd sakini olan bir qadın polisə müraciət edərək yaşadığı evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində sözügedən yaşayış evində heç bir oğurluq hadisəsinin baş vermədiyi, həmin şəxsin polisə bilərəkdən yalan məlumat verdiyi müəyyən edilib. Əslində qızılların hamısının yerində olduğu bəlli olub.

Polisə oğurluq barədə bilərəkdən yalan məlumat verən qadın barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb.




Paylaş:


Müəllif : Tarix:
2-11-2022, 11:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər