reklam
Regionxeberlericom.az » Hadisə » İranda Vətən müharibəsinə dəstək verən fəal ikinci dəfə HƏBS EDİLDİ

reklam

İranda Vətən müharibəsinə dəstək verən fəal ikinci dəfə HƏBS EDİLDİ


İranda iki azərbaycanlı milli fəal həbs edilib.

Regionxeberlericom.az  "Mouze" teleqram kanalına istinadən xəbər verir ki, Təbrizli milli fəal Nima Radməneş noyabrın 2-i gecə saatlarında evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun həbs səbəbi və hara aparıldığı barədə heç bir məlumat verilməyib.

Noyabrın 2-də axşam saatlarında Təbrizdə bir qrup milli fəal Azərbaycan dilində milli şüarlar səsləndirərək aksiya keçirib. Nima Radməneşin həbsinin həmin aksiya ilə bağlı olduğu güman edilir.  

Ərdəbildə də milli fəal saxlanılıb.

Ərdəbil şəhərində yaşayan azərbaycanlı milli-ictimai fəal Mürtəza Pərvin noyabrın 3-ü səhər saatlarında bacısının evindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Onun hara aparıldığı və hansı səbəbdən həbs edildiyi məlum deyil.

Bundan öncə oktyabrın 27-də Ərdəbilin ETTELAAT idarəsinin əməkdaşları heç bir məhkəmə qərarı olmadan milli fəal Mürtəza Pərvinin ata evində axtarış aparıblar.

Qeyd edək ki, bir neçə gün öncə Ərdəbil təhlükəsizlik idarəsinin əməkdaşları Mürtəza Pərvinə zəng edərək onun sözügedən idarəyə gəlməsini tələb ediblər. Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini bildirib və ora getməkdən imtina edib.

O, daha öncə də dəfələrlə basqılarla üzləşib və tutulub.

Xatırladaq ki, Mürtəza Pərvin 44 günlük ikinci Qarabağ savaşı dövründə Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına qarşı etiraz aksiyasına qatıldığına görə, Ərdəbilin Ciral parkında daha 12 güneyli fəalla birgə həbs edilmişdi.




Paylaş:


Müəllif : Tarix:
3-11-2022, 15:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər