reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda 828 nəfər ZƏHƏRLƏNDİ - beşi ölüb

reklam

Azərbaycanda 828 nəfər ZƏHƏRLƏNDİ - beşi ölüb


Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 828 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 140 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 3-ü dəm qazından, 3-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 7-si allergik reaksiya, 2-si botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 2-sini ilan, 1-ni isə həşarat sancıb. 

Zəhərlənən şəxslərin 62-si qadın, 50-si kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 2 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü qadın, 2-si kişidir.




Paylaş:


Müəllif : Tarix:
4-11-2022, 10:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər