reklam
Regionxeberlericom.az » Hadisə » DİN bu şəxsin qanunsuz əməllərindən zərərçəkənlərə müraciət etdi

reklam

DİN bu şəxsin qanunsuz əməllərindən zərərçəkənlərə müraciət etdi

















Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Oruc Abbasov və yetkinlik yaşına çatmayan daha 3 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma zamanı müəyyən edilib ki, Oruc Abbasovun başçılıq etdiyi dəstə üzvləri metronun “Əhmədli” stansiyasının yaxınlığında ayrı-ayrı vaxtlarda iki nəfərin qarşısını kəsərək zərərçəkənlərin dəyəri 800 və 300 manat olan mobil telefonlarını soyğunçuluq yolu ilə əldə ediblər.

Faktlarla bağlı Oruc Abbasov və digərləri barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

"Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd olunub.




Paylaş:


Müəllif : Tarix:
10-11-2022, 12:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər