Yemək sifariş edən azərbaycanlı tələbə qızın başına OYUN AÇDILAR
Türkiyədə təhsil alan 21 yaşlı azərbaycanlı qıza kuryer zorakılıq edib.
Regionxeberlericom.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə qızın bir il əvvəl “Yemek Sepeti” dən yemək sifariş etməsi ilə başlayıb.
Belə ki, Sağlamlıq Elmləri Universitetinin tələbəsi, 21 yaşlı azərbaycanlı Fatimə İ. bir il öncə “Yemek Sepeti” dən yemək sifariş edib. Fatimənin sifarişini ünvana çatdıran kuryer onun əlaqə məlumatlarını götürərək davamlı olaraq mesaj göndərərək, zəng etməyə başlayıb.
Fatimə polisə ifadəsində kuryerin ismarıclarına mənfi cavab verib mobil nömrəsini bloklayandan sonra bu dəfə onun müxtəlif sosial media platformalarından ona yazdığını və daimi mesajlar göndərməklə narahat etdiyini bildirib. Zərərçəkmişin sözlərinə görə, hətta kuryerin zorakılıqlarına görə evini belə dəyişib.
Fatimə zorakılığa davam edən kuryerdən şikayət etmək üçün polis şöbəsinə yaxınlaşıb. Gənc qız polisin göstərişi ilə kuryerlə görüş təyin edib. Görüşə gələn kuryer polis əməkdaşları tərəfindən saxlanılaraq, məsuliyyətə cəlb olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-11-2022, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər