reklam
Regionxeberlericom.az » Hadisə » Oğurladıqları 10 minlik naqilləri "su qiymətinə" satanda yaxalandılar

reklam

Oğurladıqları 10 minlik naqilləri "su qiymətinə" satanda yaxalandılar


Şirvanda dəmiryolundan mis naqil oğurlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Şirvan-Osmanlı dəmiryolu mənzilinin 53-cü kilometrliyində qoşa kontakt mis naqili oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Ə.Əliyusifli və F.Rüstəmov, eləcə də Sabirabad rayon sakini R.Məmmədov saxlanılıblar. Oğurlanan naqillər Şirvan Enerji Təchizatı Sahəsinə məxsusdur və uzunluğu 250 metr, dəyəri isə 10000 manata yaxındır.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini boyunlarına alaraq əldə etdikləri mis naqili Hacıqabul rayon sakini İ.Quluzadəyə 3000 manata satdıqlarını bildiriblər. İ.Quluzadə də saxlanılıb və çəkisi 355 kiloqram olan mis naqil maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı İmişli stansiya Xətt Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
15-11-2022, 17:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər