reklam
Regionxeberlericom.az » Hadisə » Bir siqaretin törətdiyi faciə: Üç gün sonra toyları olacaq cütlük xəstəxanaya düşdü

reklam

Bir siqaretin törətdiyi faciə: Üç gün sonra toyları olacaq cütlük xəstəxanaya düşdü


Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

Yanğın zamanı 24 yaşlı Elmar İsmayılov və 18 yaşlı Nərmin Cəfərova ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisəyə səbəb Elmar İsmayılovun yataq otağında çəkdiyi siqaretin yatağa düşməsi olub. 

O, N.Cəfərovanı bir müddət əvvəl qaçırıb və üç gündən sonra toyları olacaqmış.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal gələrək yanğının söndürülməsi üçün dərhal tədbirlər görüblər:

“İki nəfər yaralı xəstəxanaya çatdırılıb, binanın mühafizəsi təşkil olunub, yanğının digər əraziyə yayılmasının qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.





Paylaş:


Müəllif : Tarix:
17-11-2022, 10:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər