reklam
Regionxeberlericom.az » Hadisə » Bərdədə baş redaktor saxlanıldı

reklam

Bərdədə baş redaktor saxlanıldı

















Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Tarixin səhifələri” adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Faiq Əzimzadə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı məlumat verib.

“Araşdırmalar zamanı onun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb. F.Əzimzadə barəsində Bərdə RPŞ-də Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir”, - A.Qiyaslı bildirib.




Paylaş:


Müəllif : Tarix:
17-11-2022, 15:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər