Qazaxda narkokuryer saxlanılıb
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla Azərbaycan ərazisinə
gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini, Ümid Rəsulov və Zəngilan rayon sakini Bəhruz Əhmədov sosial şəbəkələr üzərindən əcnəbi vətəndaş ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Qazax rayonu ərazisində gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına aparmaq barədə razılaşıblar. Həmin şəxslər Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman onlardan 1 kiloqram 15 qram heroin, 985 qram marixuana və metadon həbləri aşkar edilərək götürülüb.Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, Faktla bağlı araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-11-2022, 13:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər