reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda və Beyləqanda PARTLAYIŞ: yaralılar var

reklam

Bakıda və Beyləqanda PARTLAYIŞ: yaralılar var


Bakıda və Beyləqanda partlayış hadisələri olub.

Məlumata görə, hadisə Binəqədi rayonunda baş verib. 58 yaşlı İsmayılov Xaqani Cəmşid oğlu icarəyə götürdüyü avtomobil təmiri sexində işləyərkən hava balonunun təzyiqini salmaq üçün kustar üsulla hazırladığı avadanlıq parlayıb. Nəticədə X. İsmayılov xəsarət alıb.

Həmçinin Beyləqan şəhəri Sevil Qaziyeva küçəsində İmanov Arif Ramazan oğlu özünün təkər təmiri sexində Əliyev Azər Yusif oğlunun gətirdiyi istilik sisteminin tərkib hissəsi olan genişlənmə çəninə hava vurub. Bu zaman çən partlayıb. Nəticədə hər ikisi xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.





Paylaş:


Müəllif : Tarix:
3-12-2022, 11:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər