Zaqatalada qohumlar birləşib narkotik becərdilər

Zaqatala rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tapılaraq, məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Aşağı Tala kənd sakinləri, qohumlar 36 yaşlı Süleyman və 27 yaşlı Kənan Qurbanovlar, qonşuları 28 yaşlı Səxavət Hümbətov saxlanılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək S. Qurbanova məxsus torpaq sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olublar. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 52 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-08-2019, 15:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-08-2019, 15:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB