reklam
Regionxeberlericom.az » Hadisə » Şəmkirdə ər 33 yaşlı arvadını öldürdü

reklam

Şəmkirdə ər 33 yaşlı arvadını öldürdü
















Şəmkir rayonunda qətl törədilib.

“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Könüllü kəndində  1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.




Paylaş:


Müəllif : Tarix:
7-12-2022, 17:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər