İranda etirazçılardan biri edam edildi - İlk dəfə
İrandakı etirazlar zamanı Tehranda Səttar Xan küçəsini bağlayan və mühafizəçilərdən birini yaralayan Möhsün Şəkəri bu gün səhər edam edilib.
Bu barədə İranın Ədliyyə orqanının Media Mərkəzi məlumat yayıb.
Tehran İnqilab Məhkəməsinin verdiyi ittiham aktına əsasən, Möhsün Şəkəri öldürmək, terror yaratmaq, insanları azadlıq və təhlükəsizlikdən məhrum etmək niyyəti ilə silah çəkərək döyüşməkdə, habelə vəzifəsini yerinə yetirərkən “Bəsic” zabitini soyuq silahla qəsdən yaralamaqda, Tehranın Səttar Xan küçəsini bağlamaqda ittiham edilərək edam cəzasına məhkum edilib.
Qeyd edək ki, Möhsün Şəkəri oktyabrın 3-də həbs edilib, onun ilk məhkəməsi noyabrın 10-da keçirilib. M. Şəkərinin sentyabrın 24-də başlayan iğtişaşlardan sonra edam edilən ilk etirazçı olduğu bildirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-12-2022, 17:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər