reklam
Regionxeberlericom.az » Hadisə » Göyçayda uçmaq təhlükəsi ilə üz-üzə olan 135 yaşlı tarixi abidə bərpa olunacaq - FOTO

reklam

Göyçayda uçmaq təhlükəsi ilə üz-üzə olan 135 yaşlı tarixi abidə bərpa olunacaq - FOTO

Göyçayda 135 il əvvəl tikilən tarixi sirli hamam məhv olmaq üzrədir.

Belə ki, qədim tarixi abidə kimi Mədəniyyət Nazirliyinin balansında olan “Yeraltı hamam” abidə kompleksi qəzalı vəziyyətdədir.

Sakinlər uzun illərdir tarixi abidənin baxımsız vəziyyətdə olduğunu, onun bərpası ilə bağlı heç bir qurumun ciddi addım atmadığını deyirlər.

Fotolara baxsanız abidənin elə də kiçik olmadığını və aidiyyəti qurumların əməkdaşlarının gözündən qaçmaq ehtimalının olmadığını görmək mümkündür.

Azərbaycanın nadir memarlıq abidələrindən birinin taleyi ilə bağlı  Mədəniyyət Nazirliyinin, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq.

Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Göyçay rayonunda yerləşən “Yeraltı hamam” yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır:

“Həmin hamam uzun illər sakinlərin istifadəsində olub. Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bu məqsədlə tarixi hamamın bərpası məsələsi investisiya planına salınıb.

Eyni zamanda, qeyd edək ki, ölkə ərazisində bu tip, bərpaya ehtiyacı olan tarixi abidələr çoxluq təşkil edir. “Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında” qanuna əsasən abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlərlə yanaşı, fiziki və hüquqi şəxslərin maliyyə yardımları, ianələri hesabına da həyata keçirilə bilər. Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində bərpa edilərək istifadə edilməsi istiqamətində təşviqat işləri aparılır.

“Yeraltı hamam”ın bərpa olunması üçün dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində sahibkarlarla danışıqlar aparılıb və artıq nəticələri də var. Tarixi abidənin yaxın müddətdə bərpa olunması planlaşdırılır”.







Paylaş:


Müəllif : Tarix:
14-12-2022, 17:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər