Aeroportda ƏMƏLİYYAT: İrandan gələn çamadanlarda nələr tapıldı? - VİDEO
Külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tehran-Bakı aviareysi ilə gələn İran vətəndaşına məxsus çamadanlar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli əşyaların təsviri müşahidə olunub.
Bundan sonra həmin sərnişin yoxlama otağına dəvət edilib və gömrük baxışı keçirilib. Bu zaman ona məxsus baqaj yüklərindəki geyim əşyalarının - şalvar və pencəklərin, hətta alt geyimlərinin, corabların içərisində 295 konvalyut, 169 ampul, 6 blister, 17 flakon, 10 ədəd maz şəklində olmaqla 77 adda müxtəlif növ dərman preparatları aşkar edilib. Aşkar edilən dərman preparatları arasında Azərbaycan ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin 3-cü siyahısına aid “Alprozolam”, “Oxazepam”, “Clonezepam”, “Alprokim” adlı dərman vasitələrinin də olduğu müəyyənləşdirilib.
Hazırda faktla bağlı araşdıma aparılır.
Göründüyü kimi, antisanitar şəraitdə, hətta bəzi hallarda şəxsi istifadə adı altında psixotrop dərman preparatlarının ölkəmizə gətirilməsinə cəhd göstərilir ki, bu da “Dərman vasitələri haqqında” Qanunun və digər qanunvericilik aktlarının kobud şəkildə pozulması ilə yanaşı, ölkə əhalisinin sağlamlığına ciddi təhdiddir.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2022, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər