reklam
Regionxeberlericom.az » Hadisə » Oğurladığı qızılları satıb pulu ilə səyahətə gedibmiş...

reklam

Oğurladığı qızılları satıb pulu ilə səyahətə gedibmiş...














İsmayıllı şəhəri ərazisində yerləşən qızıl-zinət əşyaları mağazasından oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan 25 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən yayınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən mağazaya baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. 

Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 32 yaşlı Adil Hacıyev saxlanılıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs səhər saatlarında Qazax rayonundan İsmayıllıya gəlib, burada kənardan mağazaları izləyib və daha sonra gecə saatlarında qeyd olunan obyektə daxil olaraq oradan oğurluq edib. 

A.Hacıyev ifadəsində bildirib ki, hadisəni törətdiyi gecə İsmayıllıda qalıb, səhəri gün isə Bakı şəhərinə gedərək qızılları paytaxtın müxtəlif yerlərində satıb. Əldə etdiyi pulu xarici ölkələrdən birinə gedərək orada əyləncəsinə xərcləyib, geri qayıdarkən isə polis orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.




Paylaş:


Müəllif : Tarix:
18-12-2022, 14:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər