İnterpolun axtarışına verilən məşhur klinika təsisçisi nədə suçlanır? - GƏLİŞMƏ
Azərbaycan hüquq-mühafizə orqanları “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlını İnterpol xətti ilə axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1957-ci il təvəllüdlü Fərman Ceyranlı insan orqanlarının və ya toxumalarının qanunsuz transplantasiyasında təqsirli bilinir.
Azərbaycan hüquq-mühafizə orqanları F.Ceyranlının barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.
Fərman Ceyranlı Tiflisdə “Lanset” klinikasını təsis edənədək eyni adlı klinikanı Bakı şəhərində təsis edib. Bakıda onun təsisçisi olduğu klinikada 2010-ci ildə vergi yoxlamaları aparılıb, Azərbaycan Səhiyyə Nazirliyi kinikanı bağlayıb. Fərman Ceyranlı 2014-cü ildə Tiflisdə klinika təsis edib.
F.Ceyranlı 2017-ci ilin may ayında Gürcüstanda saxlanılıb. F.Ceyranlının həmtəsisçisi olduğu “Lanset” klinikası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətdə klinikada qanunsuz orqan transplantasiya əməliyyatının icra edildiyi və bu əməliyyatlar zamanı iki nəfərin öldüyü bildirilib. F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. 2018-ci ilin fevral ayında məhkəmənin qərarı ilə F. Ceyranlı 6 il müddətinə azadlıqdan məhrum olunub. 2018-ci ilin dekabr ayında isə Gürcüstan Apelyasiya Məhkəməsinin qərarı ilə F. Ceyranlı barəsində 6 il azadlıqdan məhrumetmə cəzası 2 il 3 ayadək azaldılıb. Onun 2 il 3 aylıq cəzası bu ilin avqust ayında başa çatır. “Yeni Müsavat” xəbər verir ki, bir müddət əvvəl onun vəkili Tamara Bostaşvili bildirib ki, F.Ceyranlı avqustun 20-də cəzaçəkmə müəssisəsindən azadlığa buraxılacaq. F.Ceyranlının Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən axtarışa verildiyini xatırladan vəkil ehtimal edir ki, müdafiə etdiyi şəxs sorğu əsasında saxlanıla və Azərbaycana təhvil verilə bilər.
Qeyd edək ki, onun Tiflisdə həbsinə səbəb təsisçisi olduğu klinikada 2016-cı ilin aprel ayında keçırılmış qaraciyər köçürülməsi zamanı xəstənin ölümüdür. Müdafiə tərəfi isə iddia edir ki, əməliyyatı həyata keçirən, lisenziya müddəti bitmiş həkim Mircəlal Kazımlı bu işlə bağlı nəinki məsuliyyətə cəlb olunub, hətta istintaqdan kənarda saxlanılıb. M.Kazımlı isə F.Ceyranın məhkəməsi davam edərkən bu ittihamlara yerli mediada münasibət bildirmişdi.
O deyib ki, F.Ceyranlı heç bir ciddi əsas olmadan məhkəmədə onun adını hallandırıb: “Nəzərinizə çatdırmaq istəyirəm ki, mən orada qaraciyər transplantasiyası əməliyyatında iştirak etmişəm. Aldığım məlumata görə, təyin olunan ekspertiza da tibbi olaraq hər hansı bir xətanın olmadığı barədə rəy verib. Yəni, Fərman Ceyranlının məsuliyyətə cəlb olunması ilə mənim etdiyim əməliyyatların heç bir əlaqəsi yoxdur. Qaldırılan iddiaların başlıca mahiyyəti xəstələrin Fərman Ceyranılda maddi təzminat tələbi ilə bağlıdır. Tam məsuliyyətimlə bildirirəm ki, mənim sözügedən prosesdə adları hallanan xəstələrlə heç bir pul alış-verişim olmayıb. Bütün bu işlərdə Fərman Ceyranlı təqsirləndirilir. Hazırda həmin şəxs məsuliyyətdən yayınmaq üçün günahını mənim üzərimə atmaq istəyir. Qeyd edim ki, mən Fərman Ceyranlı ilə bağlı aparılan cinayət işinin detalları ilə tam tanış deyiləm”, - M. Kazimi vurğulayıb.
O, F.Ceyranlının ibtidai istintaq zamanı onunla bağlı heç bir istintaq hərəkəti aparılmadığını qeyd edib: “Gürcüstan dövlətinin rəsmi qurumları tərəfindən istintaqda ifadə vermək üçün mənə hər hansı bir bildiriş göndərilməyib. Fərman Ceyranlı prosesdə əsassız yerə mənim adımı hallandırır və bu səbəbdən də özümə Gürcüstanda vəkil tutdum. Prosesdə mənim nümayəndəm kimi vəkil də iştirak edib”.
Onun dediyinə görə, əməliyyatı keçirən cərrah Mircəlal Kazıminin Gürcüstanda əməliyyat keçirmə lisenziyası bitibmiş: “Daha sonra onun lisenziyası uzadıldı. Bu, sübut edir ki, əgər Gürcüstan dövləti ona bu əməliyyatdan sonra da lisenziya veribsə, deməli, peşəkarlığına şübhəsi yoxdur. Kazımi bu məsələdə günahkar olsa belə, buna görə Ceyranlı heç bir məsuliyyət daşımır”.
Fərman Ceyranlı 2016-cı ildə Gürcüstanda parlament seçkilərində deputatlığa namizəd olub və hökumətin siyasətini tənqid edib. Seçkilərin nəticələrinə görə deputat seçilə bilməyib.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:3-08-2019, 13:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-08-2019, 13:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39