reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda təmir sexində FACİƏ: usta maşının altında can verdi

reklam

Bakıda təmir sexində FACİƏ: usta maşının altında can verdi


Bakıda usta bədbəxt hadisənin qurbanı olub.

Xətai rayon Prokurorluğundan verilən xəbərə görə, dekabrın 27-si saat 18 radələrində paytaxtın Xətai rayonu, Zığ şosesində yerləşən avtotəmir sexində usta işləyən 54 yaşlı Ələddin Abbasovun iş yerində ölməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırma zamanı Ələddin Abbasovun sexdə təmir etdiyi avtomobilin aşması nəticəsində aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.




Paylaş:


Müəllif : Tarix:
28-12-2022, 12:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər