Azərbaycanda dəhşətli qətl: Ata oğlunu ürəyindən vurdu — ŞOK TƏFƏRRÜAT
Quba rayonunda 1957-ci il təvəllüdlü Nüsrət Vahabov şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı oğlu Sərrafı öldürüb.
Nüsrət 2 may 2022-ci ildə, saat 18 radələrində Quba Mərkəzi Bazarında 200 qram spirtli içki olan araq qəbul edib və sərxoş vəziyyətinə düşdükdən sonra yaşadığı evə gəlib. O, qonaq otağında bazardan aldığı əti doğrayan zaman oğlu ona Ramazan Bayramı günü spirtli içki qəbul etməsi ilə əlaqədar irad bildirməsi və onun üzərinə hücum çəkməsi səbəbindən aralarında həmin evin qonaq otağında mübahisə yaranıb.
Daha sonra onların mübahisəsi evin həyətində davam edib və yenidən qonaq otağında tamamlanan mübahisə zamanı oğlunun onu yumruqla və bağda istifadə olunan bel ilə vuraraq müxtəlif bədən xəsarətləri yetirməsindən, həmçinin əvvəllər də mütəmadi olaraq onu, digər ailə üzvlərini döyməsindən hiddətlənib. O, oğlunu cəzalandırmaq qərarına gəlib.
Nüsrət cibində gəzdirdiyi bıçaqla yaşadıqları evin qonaq otağında Sərrafın ürək nahiyəsinə bir dəfə zərbə endirərək onu öldürüb.
İstintaq orqanı tərəfindən Nüsrətin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nüsrət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, oğlu əvvəllər çox yaxşı insan olub: “Lakin narkotik vasitə istifadə etməyə başladıqdan sonra çox dəyişdi. Məni dəfələrlə vurub, döyüb. Hadisə günü bazardan evə gəldim və aldığımız əri mətbəxə yerləşdirən vaxt oğlum da evyanın digər tərəfində olub. Daha sonra oğlum yanıma gəldi. Həmin vaxt onun gözləri qızarmış vəziyyətdə olub. Bir anda Sərraf başıma vurdu. Həmin vaxt başım qanadığından yumaq üçün çölə çıxdım. Oğlum da arxamca gəldi və kürəklə məni vurmağa başladı. Bu səbəbdən bütün hər yerim yaralandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, oğlunun əlindən qurtulmaq üçün evin eyvanına tərəf gedib: “Bu zaman oğlum da arxamca gəldi və üzərimə yürüdü. Həmin vaxt əlimdə ət kəsmək üçün balaca bir bıçaq olub. Oğlumun üzərimə gəldiyi vaxt həmin bıçaq ona girdi. Bu hadisə iki dəqiqə ərzində baş verdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mütəmadi olaraq hər gün 200 qram araq içib: “Hadisə vaxtı evdə heç kim olmayıb. Oğluma xəsarət yetirməyimi heç kim görməyib. Hadisə vaxtı orada ikimiz olmuşuq. Oğlumun ciddi yaralandığını ilk əvvəl bilməmişəm. Hadisədən sonra elə orada gözləmişəm. Polislər gəldikdən sonra isə onlarla birlikdə getdim. Əməlimdə çox peşman olmuşam”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nüsrət 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Demokrat.az
Paylaş:
Müəllif : Fuad
Tarix:28-12-2022, 12:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər