reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda kişi torpaq alan qadın qohumunu belə aldatdı

reklam

Bakıda kişi torpaq alan qadın qohumunu belə aldatdı


Bakıda qadına qarşı dələduzluq edilib.

İttihama görə, paytaxt sakini B. Hüseynov qohumu N. İskəndərovaya torpaq almaqda kömək edəcəyini deyib. O, bələdiyyə torpağının özünə məxsus olduğunu deyərək, ərazini qadının adına keçirəcəyini vəd edib.

Bu yolla qohumundan 6 min manat alıb.

Lakin sonradan zərərçəkmiş N. İskəndərova torpağın onun adına keçmədiyini və bələdiyyəyə məxsus olduğunu öyrənib. Aldadıldığını görən qadın hüquq-mühafizə orqanlarına üz tutub.

Şikayət əsasında B. Hüseynov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə ittiham olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Cinayət işinin növbəti istintaqı Nərimanov rayon Məhkəməsində baş tutacaq.

Qeyd edək ki, B. Hüseynov əvvəllər də məhkum olunub.





Paylaş:


Müəllif : Tarix:
28-12-2022, 12:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər