reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda kişi qadınların 80 minlik qızılını götürüb yoxa çıxdı

reklam

Azərbaycanda kişi qadınların 80 minlik qızılını götürüb yoxa çıxdı


Sumqayıtda qadınlara qarşı külli miqdarda dələduzluq edilib.

Dələduzluqda təqsirləndirilən R.Əliyev Sumqayıt şəhərində yerləşən “Cavid” ticarət mərkəzində qızıl satan R.Əhmədovaya külli miqdarda ziyan vurub.

Belə ki, o, əvvəlcə ondan nisyə qızıl alaraq, satıb və pulunu qaytarıb. Bu yolla o, qadın satıcının etibarını qazanıb. Növbəti dəfə də 45 539 manatlıq qızılı nisyə götürüb. Ancaq budəfəki qızılların pulu sahibinə qaytarılmayıb.

R.Əliyev qızıl alverçisi olan digər zərərçəkmiş G.Ağayevaya da eyni üsulla 34 960 manat ziyan vurub.

Aldadıldığını görən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına üz tutublar. Nəticədə R.Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə məhkəmə istintaqı davam edir.




Paylaş:


Müəllif : Tarix:
28-12-2022, 17:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər