Metroda qatar tuneldə qaldı - Açıqlama
Bakı Metropoliteninin “Xətai”-“Cəfər Cabbarlı” stansiyaları istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaşanıb.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qatarın texniki problem səbəbindən geriyə hərəkət etdiyi, sərnişinlərin “Xətai” stansiyasında düşürüldüyü bildirilir.
Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli bildirib ki, artıq problem aradan qaldırılıb: ““Xətai”-“Cəfər Cabbarlı” mənzilində maşinistin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb. Bakı Metropoliteninin təlimat qaydalarına uyğun olaraq, maşinist dərhal qatarı saxlayıb, texniki baxış təyin olunub. Hər hansı problem olmadığı müəyyən olunsa da, qatara daha bir texniki baxış keçirilməsi Metropolitenin qaydalarına uyğun olaraq icra olunmalıdır. Bu səbəbdən maşinist qatarı 3 dəqiqə ərzində tuneldə saxlamaq məcburiyyətində qalıb. Daha sonra qatar əlavə texniki baxış üçün təyin olunan zonaya çıxarılıb. Hərəkətin təşkili ilə bağlı hər hansı pronlem yaşanmayıb”.
B. Məmmədov bildirib ki, sərnişinlərin təhlükəsizliyi tam təmin olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-12-2022, 10:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər