reklam
Regionxeberlericom.az » Hadisə » Fövqəladə hallar nazirinin müavini Bakıda partlayışın baş verdiyi əraziyə gedib

reklam

Fövqəladə hallar nazirinin müavini Bakıda partlayışın baş verdiyi əraziyə gedib


Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Bakıda çoxmərtəbəli yaşayış binasında partlayışın baş verdiyi əraziyə gedib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.




Paylaş:


Müəllif : Tarix:
2-01-2023, 17:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər