Aygün Bəylərin həbsdəki qardaşından XƏBƏR VAR
Əməkdar artist Aygün Bəylərin qətl törətməkdə təqsirləndirilən qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti, zərərçəkmişlərlə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə iclası keçiriləcək.
regionxeberlericom.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmə iclası avqust ayının 6-na təyin edilib.
Qeyd edək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.
Bundan iki ay sonra narkotik vasitənin əkib-becərilməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər və onu öldürmək qərarına gəliblər.
Elnur Hümmətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.
Adları çəkilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Daha sonra A.Hümmətov, F.Məmmədzadə, E.Alxazov, R.Əsirov, E.Əsirov və C.Alxazov həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hümmətov 5 il, F.Məmmədzadə 15 il, E.Alxazov 15 il, R.Əsirov 15 il, C.Alxazov 5 il azadlıqdan məhrum edilib. E.Əsirov barəsində isə bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmə əsasən, təqsirləndirilən şəxslərə narkotik ittihamı üzrə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlərlə təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə isə hökmü dəyişdirmədən saxlayıb. Daha sonra prokurorluq və zərərçəkmiş tərəf və təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib.
A.Bəylərin qardaşı barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Prokuror və zərərçəkmişlər isə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.
Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarı tamamilə ləğv edib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2019, 12:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-08-2019, 12:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45