reklam
Regionxeberlericom.az » Hadisə » Evdə meyiti tapılanlardan biri itkin düşən şagird imiş...

reklam

Evdə meyiti tapılanlardan biri itkin düşən şagird imiş...
















Bu gün Bakının Nərimanov rayonunda evdən tapılan 4 meyitdən birinin kimliyi müəyyənləşib.

Bu, 19 yaşlı Allahverdiyev Kamran Xaliq oğludur.

Məlumatı saytımıza mərhumun yaxınları təsdiq edib. 

Məlum olub ki, hadisədən öncə Kamranın itkin düşməsi barədə polisə məlumat verilib. O, dekabrın 31-də dostunun ad gününə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Əlavə edək ki, Kamran Bakıdakı şadlıq evlərinin birində ofisiant işləyib. Onun ad gününə getdiyi dostunun adı isə Kənan olub. Kamranın yaxınları 31 dekabr tarixindən Kənanla da əlaqə yarada bilmədiyini qeyd ediblər.

Qeyd edək ki, Kamran Allahverdiyev Sumqayıtda 31 nömrəli məktəbin 10-cu sinif şagirdi olub. O, ailəsinin yaşayış yerini dəyişməsi səbəbiylə məktəbə gec başlayıbmış. 

Xatırladaq ki, bu gün Bakının Nərimanov rayonunda bir mənzildən 4 nəfərin meyiti tapılıb. İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.




Paylaş:


Müəllif : Tarix:
5-01-2023, 22:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər